SON XƏBƏRLƏR

İranda tələbələrin həbsi təsdiqləndi- Təhsil naziri say açıqlamaqdan imtina edib

2022.10.12, 07:15
İranda tələbələrin həbsi təsdiqləndi- Təhsil naziri say açıqlamaqdan imtina edib

Gunaz.tv

Oktyabrın 11-də "Şərq" qəzetinə müsahibə verən Yusif Nuri həbs edilən şagirdlərin sayının çox olmadığını və onların barəsində dəqiq say verə bilməyəcəyinin söyləyib.

O, saxlanılan şagirdlərin anti-sosial şəxsiyyətə çevrilməmələri üçün tərbiyə məqsədi ilə həbs edildiklərini iddia edib.

Məhsa Əmininin əxlaq polisinin nəzarətində öldürülməsindən sonra öyrəncilərlə yanaşı çoxlu sayda şagir, xüsusilə də qız şagirdlər İranın müxtəlif bölgələrində etirazçılara qoşularaq hicablarını çıxarıb, hökumət əleyhinə şüarlar səsləndiriblər. 

Sosial şəbəkələrdə yayılan məlumatlarda mülki geyimli polis qüvvələrinin bəzi məktəblərə hücumu zamanı şagirdlərin həbs edildiyi bildirilir.

Sosial şəbəkələrdə bəzi yeniyetmə etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən döyülməsinin videoları yayımlanıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar