SON XƏBƏRLƏR

İranda təqaüdçülər etiraz aksiyası keçirib

2022.08.10, 04:32
İranda təqaüdçülər etiraz aksiyası keçirib

Gunaz.tv

Ölkənin onlarla şəhərində küçələrə çıxan narazılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

"Hər üç qüvvə moketdir (müqəvva), rəhbər niyə sakitdir", "Vəd verdiyiniz yetər, süfrələrimiz boşdur", "Ölüm olsun Rəisiyə" və başqa bu kimi şüarlar səsləndirən narazı təqaüdçülər İsfahan, Ərak, Tehran, Şuş, Əhvaz, Dezful və başqa şəhərlərdə aksiya keçiriblər.

Uzun müddətdir parlamentdə təqaüdçülərin maaşlarının artırılması ilə bağlı müzakirələrin davam etməsinə baxmayaraq heç bir dəqiq nəticə əldə olunmayıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar