SON XƏBƏRLƏR

İranda təqaüdçülərin etiraz aksiyaları davam edir

2022.06.09, 10:51
İranda təqaüdçülərin etiraz aksiyaları davam edir

Gunaz.tv

İyunun 9-da Güney Azərbaycanın bir neçə şəhərdə daxil olmaqla İranın onlarla şəhərində təqaüdçülər etiraz aksiyaları keçirib və bu günə kimi irəli sürdükləri tələblərinin yerinə yetirilmədiyindən narazılıqlarını bildiriblər.

Onlar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını söyləyiblər.

Qeyd edək ki, bu cari ildə təqüdçülərin çox saylı aksiyalarının davamıdır və Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən Ərdəbil, Urmu, Qəzvin, Həmədan, Tehran, Kərəc, Məşhəd şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar