SON XƏBƏRLƏR

İranda türkmənlər və etnik bəluçlar etiraz nümayişləri keçirib

2023.02.25, 09:28
İranda türkmənlər və etnik bəluçlar etiraz nümayişləri keçirib

Gunaz.tv

Cümə namazından sonra baş tutan aksiyanı dağıtmaq üçün sünnilərin Məkki məscidi ətrafına çox sayda xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Bəluç fəalların verdiyi məlumata görə, şəhərə zirehli texnika yeridilib, onlarla snayperçi ətraf binaların damına yerləşdirilib.

Bununla yanaşı əyalətin Rask şəhərində də nümayişlər keçirilib və hökumət əleyhinə şüarlar səsləndirilib.

Onlarla bəluç etirazçının həbs edildiyi, onların bir çoxunun həbs zamanı döyüldükləri üçün ağır yaralandıqları bildirilir.

Bununla yanaşı İranın türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətinin Qalikeş şəhərində etiraz aksiyası keçirilib.

Fevralın 24-ü günortadan sonra keçirilən nümayişdə hökumət əleyhinə şüarlar səsləndirilib.

Nümayişçilər Sistan və Bəluçistan əyalətində etirazçılara qarşı repressiyaları pisləyib, onlara dəstək ifadə ediblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar