SON XƏBƏRLƏR

İranda tanınmış fotojurnalistə ağır həbs cəzası verildi

2023.01.08, 10:30
İranda tanınmış fotojurnalistə ağır həbs cəzası verildi

Gunaz.tv

Tanınmış ictimai xadim “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədi ilə toplaşmaq və əlbir olmaq” və “rejim əleyhinə təbliğat fəaliyyəti”-də ittiham olunub.

22 sentyabrda etiraz aksiyasında həbs edilən Yəlda Moiri 30 noyabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbət buraxılmışdı.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib.

Həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar