SON XƏBƏRLƏR

İranda tanınmış jurnalist Ziba Ümidifərin həyatı təhlükədədir

2022.12.23, 10:58
İranda tanınmış jurnalist Ziba Ümidifərin həyatı təhlükədədir

Gunaz.tv

Jurnalist həbs edildikdən sonra SEPAH-ın Sənəndəc şəhərindəki təcridxanasına köçürülüb, orada məcburi etiraf almaq üçün işgəncə edilib və vəziyyətinin ağırlaşdığı üçün Kosər xəstəxanaya yerləşdirilib.

Hal-hazırda o reanimasiya bölməsində komadadır və həkimlər jurnalistin həyatını itirəcəyi ehtimalının yüksək olduğunu bildirirlər.

Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsi İranda etiraz aksiyaları başlayandan bu günə kimi 62 jurnalistin həbs edildiyini, onlardan bir neçəsinin girov qarşılığında sərbəst buraxıldığını və digərlərinin həbsxanada saxlanıldığını bildirib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar