SON XƏBƏRLƏR

İranda tanınmış rejissor Mustafa Ali Əhməd 6 il həbs cəzasına məhkum edilib

2022.10.04, 05:15
İranda tanınmış rejissor  Mustafa Ali Əhməd  6 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

Rejissor iyul ayının 8-də başqa rejissor həmkarı Məhəmməd Rəsulovla birlikdə təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Onun həmçinin həbs müddəti bitdikdən sonra 2 il siyasi, ictimai, mədəni qurumlara üzvl olmasına, sosial mediaya qoşulmasına və ölkədən çıxmasına qadağa qoyulub.

Qeyd edək ki, mayın 29-da 100 rejissor və kinematoqrafçının “silahını yerə qoy” başlıqlı bəyanatından sonra İranın təhlükəsizlik məmurları bəyanatı imzalayanları təhdid etməyə başlayıblar.

Sözügedən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar