SON XƏBƏRLƏR

İranda vətəndaşların alıcılıq qabiliyyəti kəskin azalıb

2022.05.28, 04:34
İranda vətəndaşların alıcılıq qabiliyyəti kəskin azalıb

Gunaz.tv

Əmirrza Sabitpey deyib ki, qiymətlərin yenidən bahalaşmasından sonra vətəndaşların alıcılıq qabiliyyəti kəskin azalıb və qida məhsullarının satışı 50 faiz aşağı düşüb.

Onun sözlərinə görə, toyuq əti, yumurta və çörəyin 40 faiz bahalaşması fonunda əhalinin qida məhsullarını almaqdan imtina etməsi nəticəsində qida sənayesi məhsullarının satışında 50% azalma müşahidə olunur. 

Əmirrza Sabitpey əlavə edib ki, yağ qiymətləri hazır yeməklər və salatların qiymətinə azı 20% təsir etdiyindən yağın qiymətinin 6.5 dəfə artması bütün növ hazır xörəklərin bahalaşmasına səbəb olub.

“Washington Post” qəzeti keçən həftə İranda inflyasiya dalğası ilə bağlı hesabat dərc edərək, əsas malların qiymətinin 300 faiz artdığını bildirib.

“İranın 85 milyon əhalinin yarısı yoxsulluq həddinin altında yaşayır və indi onlar istəklərinin yönünü dəyişərək bir başa İran İslam Cumhuriyyətini, onun liderlərini devirmək istəyirlər"-deyə, qəzet yazıb. 

Cavid
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar