SON XƏBƏRLƏR

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021.12.08, 12:48
İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Amol şəhərindəki 7 mülki geyimli əməkdşı dekabrın 5-i günorta saat 12:30-da siyasi və media fəalı Hüseyn Rəzzai mənzilində tutub naməlum istiqamətə aparıblar. 

Evdə yoxlama aparılıb, siyasi fəala və onun ailə üzvlərinə məxsu noutbuklar, mobil telefonları və bir sıra digər şəxsi əşyalar götürülüb. 

Bildirilir ki, həmin gün axşam saatlarında Hüseyn Rəzzaq ailəsi ilə saxladığı qısa bir telefon təmasında ETTELAAT idarəsində saxlanıldığını bildirsə də, onun sonrakı taleyindən xəbər olmayıb.

Qeyd edilir ki, həbsdən bir gün sonra ETTELAAT idarəsinin əməkdaşları siyasi fəalın ailəsinə zəng vuraraq, onun artıq Mazandaran əyalətinin Sari şəhərinə köçürüldüyünü bildiriblər.

Yayılan məlumata görə, Hüseyn Rəzzaq həbsindən bir neçə gün əvvəl “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında ölkədə insanların acınacaqlı durumundan danışaraq, rejimin ölkədə apardığı repressiya siyasətinin nəticə verməyəcəyini bidirmişdi.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar