SON XƏBƏRLƏR

İranda xərçəng xəstəliyinə yoluxma halları kəskin artıb

2022.06.01, 09:05
İranda xərçəng xəstəliyinə yoluxma halları kəskin artıb

Gunaz.tv

Onun sözlərinə görə, səhiyyə sistemi radioterapiya cihazlarının alınması, mövcud cihazların təmiri və təkmilləşdirilməsi üçün lazımi büdcəyə malik deyil.

O, bu səbəbdən xərçəng xəstəliyinə yoluxan iranlıların bir çoxunun müalicə üçün qonşu ölkələrə, özəlliklə Türkiyəyə getmək məcburiyyətində qaldıqlarını söyləyib.

Adili İranda xərçəng xəstələrinə yoluxanların sayının hər il 150 min nəfər olduğunu bəyan edib və əlavə edib ki, yaxın 18 ildə İranda xərçəng xəstəliyinin illik artım tempi 115 faizdən çox olacaq.

“İranda şüa terapiyası üçün lazım olan avadanlıqların sayı dünya standartından 25% azdır”-deyə, mütəxəssis tibbi avadanlıq çatışmazlığının olduğunu deyib.

Qeyd edək ki, Tehran Tibb Elmləri Universiteti, Gastroenterologiya və Qaraciyər Xəstəlikləri Araşdırma İnstitutunun direktoru Rza Məlikzadənin dediyinə görə, Güney Azərbaycan bölgələrində onkoloji xəstəliklər geniş yayılıb.

İranın Səhiyyə Nazirliyinin Araşdırmalar Mərkəzi də məlumatı təsdiqləyib və şimal-qərb əyalətlərində yayqın olan mədə xərçənginin ölkənin cənub bölgələrinə nisbətdə olduqca yayğın olduğu bildirilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar