İranda xüsusi polis qüvvələri oturaq aksiya keçirən əkinçilərə hücum etdi: Narazı isfahanlıların çadırları yandırıldı – FOTOLAR, VİDEO

25.11.2021, 16:38

İsfahanda əkinçilərin Zayəndərud çayının qurudulmasına qarşı ötən həftə keçirdiyi izdihamlı etirazından sonra dinc oturaq aksiyası keçirmək üçün qurduğu çadırlar xüsusi təyinatlı polis qüvvələrinin hücumuna məruz qalaraq yandırılıb.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata görə, havaların soyuq keçməsinə baxmayaraq, qurumuş Zayəndə çayının ətrafında çadırlar quran və rejimə qarşı dinc oturaq aksiyası keçirən əkinçilər bu gün səər saatlarında silahlı və əli dəyənəkli polis qüvvələrinin hücumuna məruz qalıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, polis qüvvələri səhər tezdən gün çıxmamışdan əvvəl əkinçilərin çadırlarına hücum çəkib və onları vəhşicəsinə döydükdən sonra çadırlarını yandırıblar. 
Polisin əkinçilərə hücum etdiyini eşdən İsfahan sakinləri Zayəndərud çayına gələrək əkinçilərin dinc oturaq aksiyasına dəstək verərək, polislərin onlara qarşı zorakılığına etiraz bildiriblər. 

Yaılan məlumata əsasən, bir neçə yerdə əkinçilər və onlara dəstək verən şəhər əhalisi ilə polis qüvvələri arasında qarşıdurma yaranıb, polis etirazçılara dağıtmaq üçün havaya güllə atıb. 

Polis qüvvələrinin əkinçilərin çadırlarda keçirdiyi dinc oturaq aksiyasına qarşı hücumun detalları və mümkün həbslər barədə hələlik hər hansı bir məlumat yayılmayıb. 

Xatırladaq ki, noyabrın 19-da İsfahan şəhərində yüz minlərlə əkinçi hökumətin tarixi Zayəndərud çayını qurutmasına qarşı etiraz mitinqi keçirib.

Zayəndərud çayının yanındakı Xacu körpüsünün ətrafında keçirilən möhtəşəm kütləvi etirazlara ətraf kənd və bölgələrinin sakinləri ilə yanaşı İsfahan şəhərinin əhalisi də qatılıb.

Mitinqdə rejimə qarşı şüarlar səsləndirilib, hökumətin bölgədə susuzluğa gətirib çıxaran yarıtmaz və səriştəsiz siyasəti qınanılıb.

VİDEOLAR:

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20