SON XƏBƏRLƏR

Yüksək rütbəli SEPAH komandiri İsrailə casusluğa görə həbs edilib

2022.06.16, 06:50
Yüksək rütbəli SEPAH komandiri İsrailə casusluğa görə həbs edilib

Gunaz.tv

Bu barədə İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı media orqanı “Əmmariyyun” xəbər yayıb.

Əmmariyyun” SEPAH-ın mühafizə komandiri Əli Nəsirinin İsrailə casusluqda ittiham olunaraq həbs edildiyini və daha iki yüksək rütbəli komandırın ölkədən qaçdığını yazıb.

İranın iki aerokosmik mütəxəssisinin ölümünü terror adlandıran media qurumu İsrailin SEPAH-ın yuxarı qatlarına sızmasını faciə adlandırıb.

“Əmmariyyun” xaricə qaçan iki SEPAH komandirinin adını açıqlamayıb və İran rəsmiləri yayılan məlumatla bağlı açıqlama verməyiblər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar