SON XƏBƏRLƏR

"İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"-İlham Əliyev

2022.11.25, 14:04
"İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"-İlham Əliyev

Gunaz.tv

Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Dövlət başçısı bildirib: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. 

Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar