SON XƏBƏRLƏR

İran Vyanada Amerika ilə birbaşa danışıqlar aparmağı rədd etdi

2021.11.29, 13:49
İran Vyanada Amerika ilə birbaşa danışıqlar aparmağı rədd etdi

Gunaz.tv

Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali noyabrın 26-da jurnalistlərə açıqlamasında Vyanada Tehranla Vaşinqton nümayəndələri arasında birbaşa və üz-üzə danışıqlar aparmasını təklif etmişdi.

“Əgər iranlılar danışıqların sürətlə nəticə verməsini istəyirlərsə avropalılardan vasitəçi kimi istifadə etmək əvəzinə yaxşısı budur ki, Amerikanın özü ilə birbaşa müzakirə aparsınlar”, -deyə Robert Mali bildirmişdi.

 İran Xarici İşlər Nazirliyinin sözçüsü Rober Malinin bu təklifinə reaksiya verərək deyib ki, İran Vyana danışıqlarında Amerika ilə birbaşa danışıqlar aparmaq niyyətində deyil. Daha doğrusu, bizaim nümayəndə heyətimizlə Amerika nümayəndə heyəti arasında birbaşa danışıqlar olmayacaq.

İran nümayəndə heyəti ciddi bir iradə ilə yeni bir razılaşmanın əldə olunması üçün Vyanaya səfər edib və Vyanada səmərəli bir müzakirə aparılacağı haqda düşünür.

Lakin hesab edirik ki, əgər Amerika həqiqətən də bizə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək məqsədilə Vyana gəlsə, o zaman nüvə razılaşmasına qayıtmaq biletini əldə edə bilər”, deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Qeyd edək ki, İranla Qərb arasında nüvə razılaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqların 7-ci mərhələsinə bu gün Avropa vaxtı ilə axşam saatlarında start verikəcək.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar