SON XƏBƏRLƏR

İranda yenidən su üsyanı başlaya bilər

2022.08.16, 09:29
İranda yenidən su üsyanı başlaya bilər

Gunaz.tv

10 gündür susuzluqdan əziyyət çəkən narazılar "Rəisiyə ölüm", "bişəfər, bişərəf" şüarları səsləndirib.

Onlar İran prezidenti İbrahim Rəisinin prezident seçkiləri öncəsi verdiyi vədlərin yerinə yetirilmədiyini bildirib və buna etiraz ediblər.

Bir sıra rəsmilər əyalət və əyalət mərkəzinin yalnız bəzi bölgələrində su çatışmazlığı olduğunu iddia etsələr də, sosial mediada yayılan məlumatlarda içməli su çatışmazlığının Çaharmahal və Bəxtiyarı əyalətinin əksər bölgələrində hökm sürdüyündən xəbər verir.

Sosial media fəallarının verdiyi məlumata görə, su üsyanının genişlənəcəyindən qorxuya düşən hakimiyyət polis qüvvələri iıə yanaşı çox sayda mülki geyimli təhlükəsizlik məmurlarını da aksiya keçirilən bölgəyə cəlb edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar