SON XƏBƏRLƏR

İranda zəhərlənmələrlə bağlı xəbər yayan jurnalist saxlanıldı

2023.03.06, 11:31
İranda zəhərlənmələrlə bağlı xəbər yayan jurnalist saxlanıldı

Gunaz.tv

Bu barədə İranın "Etimad" və "Şərq" qəzetləri məlumat yayıblar.

“Qum Nyus" saytının təsisçilərindən olan jurnalistin təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum yerə aparıldığı bildirlir.

"Etimad" qəzetinin yazdığına görə, üç aydan çoxdur İranda şagirdlərin zəhərlənməsi ilə bağlı davamlı məlumat yayan və məsələni araşdıran jurnalistin həbsi media fəallarının etirazları ilə qarşılanıb.

Onlar ironiya ilə "zəhərlənmələrlə bağlı heç olmasa bir nəfər həbs edildi" deyə jurnalistin həbsinə etirazlarını bildirib, səbəbkarların tapılması əvəzinə məlumat yayanın saxlanılmasını tənqid ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar