SON XƏBƏRLƏR

İrandakı diplomatlarımızın təxliyəsi yekunlaşır –Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir-XİN

2023.01.29, 17:34
İrandakı diplomatlarımızın təxliyəsi yekunlaşır –Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir-XİN

Gunaz.tv

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İranda şəhid olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülüb. Bu məqsədlə Azərbaycan tərəfindən təyyarə ayrılıb, Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.

Lakin İran növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidirdi. (apa)

Günaz.tv

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar