SON XƏBƏRLƏR

SEPAH-dan iddia: "İrandakı etirazları Azərbaycan, Türkiyə və İsrail planlaşdırıb"

2022.09.22, 22:20
SEPAH-dan iddia: "İrandakı etirazları Azərbaycan, Türkiyə və İsrail planlaşdırıb"

Gunaz.tv

Yazıda Azərbaycan, Türkiyə və İsrailin İranın şimal-qərbində sərhədlərin dəyişdirilməsi ilə məşğul olduğunu, bununla da Zəngəzur dəhlizini İran və Ermənistanın nəzarətindən çıxararaq İranın Avropa ilə əlaqəsini kəsməyə çalışdığı qeyd olunub.

"Məşum Azərbaycan, Türkiyə və İsrail üçbucağı Zəngəzuru ələ keçirə biləcəkləri təqdirdə NATO Xəzər dənizinə girəcək və bununlada öncədən planlaşdırıldığı kimi İranın parçalanmasına başlanılacaq"-deyə, SEPAH-ın bülletenində iddia edilib.

Bülletendə Məhsa Əmininin öldürülməsinin adı çəkilən ölkələrin planları əsasında olduğu və bununla da SEPAH və ordunu daxili münaqişələrlə məşğul edərək Zəngəzuru işğal etməyə çalışıldığı deyilir.

Yazıda bu istəyə qismən nail olunduğu, İranın silahlı qüvvələrinin daxildəki etiraz aksiyalarının qarşısını almaq üçün cəlb edildiyi və bununla da sərhədlərdə hərbi gücün yetərində qalmadığı qeyd olunub.

"Əgər İrana yeni bir müharibə təhmil olunsa ölkənin parçalanması qaçılmazdır.

Bir ölkənin ordusu eyni vaxtda bir neçə cəbhədə savaşa bilməz. kürd separatçılar qərbdən, pantürkistlər Təbrizdən, Ələhvaz qruplaşması Əhvazda, Səudi Ərəbistanın dəstəklədiyi təkfirçilər Sistan-Bəluçistanda və habelə Kuruşpərəstlər (Kir) mərkəzdə ayrılmaq və istiqlal bayrağı qaldırıblar.

Qurdların və kaftarların ulama səslərini eşitmirsiniz?"-deyə, bülletendə xəbərdarlıq edilib.

content_image_1663883057.png

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar