SON XƏBƏRLƏR

CNN: "İrandakı Rusiya nümayəndələri İran pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçiblər"

2022.08.10, 05:09
CNN: "İrandakı Rusiya nümayəndələri İran pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçiblər"

Gunaz.tv

Amerikalı məmur bu təlimləri İranın dronlarını Rusiyaya satmaq planının bir hissəsi adlandırıb.

O, qeyd edib ki, son vaxtlar bu təlim kurslarının keçirilməsi ilə bağlı məlumatların məxfiliyi aradan qaldırılıb.

Son həftələrdə bir sıra Amerika rəsmiləri Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün Rusiyaya İran istehsalı olan dronların göndərilməsi ilə bağlı xəbərdarlıq ediblər.

Putinin Tehrana səfərindən bir gün sonra Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi və Xarici İşlər Nazirliyinin rəsmiləri Ukrayna müharibəsinin ortasında Rusiyaya pilotsuz uçan təyyarələrin verilməsi ilə bağlı İranın hər hansı hərəkətinə qarşı xəbərdarlıq ediblər.

Onlar Rusiyanın İrana üz tutması Ukraynaya hücum nəticəsində Moskvanın təcridinin dahada şiddətləndiyinin nəticəsi adlandırıblar.

Bununla belə, İranın hakimiyyət orqanları Ukraynadakı müharibədə istifadə üçün İran pilotsuz təyyarələrinin Rusiyaya satılması ilə bağlı xəbərləri rədd edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar