SON XƏBƏRLƏR

İrandan qaçmaq istəyən narazı molla Türkiyə sərhədində həbs olunub

2022.06.01, 05:43
İrandan qaçmaq istəyən narazı molla Türkiyə sərhədində həbs olunub

Gunaz.tv

“Bu gecə həyat yoldaşım Vəhid Hiroabadi Bazərqan sərhəd keçid məntəqəsindən çıxmaq istədiyi zaman saxlanıldı”-deyə, o özünün sosial media hesabında paylaşım edib.

Vəhid Hiroabadi 2020-ci ilin yayında “Xüsusi Ruhanilər Məhkəməsi” tərəfindən “yalan məlumatlar yaymaqla ictimai fikri çaşdırmaq və sistemə qarşı təbliğat”da ittiham olunub.

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Kampaniyasının yazdığına görə, yaxın gələcəkdə Vəhid Hiroabadinin qeyd olunan ittiham və “ali dini rəhbəri təhqir” ittihamı ilə mühakimə olunacağı gözlənilirdi.

Müxalif mollanın saxlanılması ilə bağlı İran rəsmiləri və sərhəd keçid məntəqəsinin nümayəndələri heç bir açıqlama verməyiblər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar