SON XƏBƏRLƏR

Rusiyaya çəkilən yol Güneydən keçməyəcək-Təbriz mediası hökumətin siyasətini sərt tənqid etdi

2022.01.29, 10:28
Rusiyaya çəkilən yol Güneydən keçməyəcək-Təbriz mediası hökumətin siyasətini sərt tənqid etdi

Gunaz.tv

Rəsmi Tehran yolun Güney Azərbaycandan keçməməsinə qərar verib.  

Qeyd edək ki, uzun illərdir Təbriz-Culfa-Naxcıvan və Bakı dəmir yolu xətti, Ərdəbil-Biləsuvar yolu isə İranın Azərbaycan və Rusiya ilə əsas əlaqə yoludur. Lakin yuxarıda szöügedən layihə Rəşt-Astara marşrutu ilə əvəzlənib.

Bu addım Təbriz mediasının tənqidi ilə qarşılanıb.

Təbrizin “azərancümən” xəbər saytı məsələ ilə yaydığı xəbərdə Güney Azərbaycanın əhəmiyyətli yol layihəsindən qıraqda qalmasını qınayıb.

Sayt qarşıdakı günəş ilinin sonuna kimi başa çatdırılacaq Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı hökumətin qərarını qərəzli adlandırıb.

“Bu mətbuat və media fəalları üçün sual doğurur. Məsələ ilə bağlı qəti fikir bildirilməli və qaranlıq məqamlara aydınlıq gətirilməlidir”-deyə, xəbər saytında qeyd olunub.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar