İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01 15:54

Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası ərazisindən tranzit kimi istifadə etməklə Avstriyaya 281 kq heroin aparmaq istəyən İran vətəndaşlarını saxlayıb.

Gunaz.tv Quote | Gunaz article

Komitənin yaydığı məlumata əsasən, daxil olmuş əməliyyat məlumatı əsasında aparılan araşdırmalar zamanı Biləsuvar gömrük postunda ölkəmizdən tranzit keçməklə Avstriyaya "kişmiş" yükü aparan İran vətəndaşlarına məxsus "Daf" markalı 2 yük maşınında axtarış aparılıb. 


Məlumatda bildirilir ki, şifahi dindirmə zamanı İran vətəndaşları Əkbər Pərviz Mirzəsaatlu və Ramin Məşətli Əbdülixangah idarə etdikləri yük maşınlarında hər hansı şübhəli yükün olmasını inkar ediblər. Lakin rentgen qurğusu vasitəsilə keçirilən baxış zamanı monitorda avtomobillərin yanacaq çənlərinin içərisində şübhəli cizgilər müşahidə olunub. 


Baxış zamanı düzbucaqlı formalı yanacaq çənlərinin sonradan kustar üsulla iki hissəyə bölündüyü, həmin hissələrdən birində gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik, tərkibində narkotik maddənin-heroinin olduğu məhlul aşkarlanıb.


Əkbər Pərviz Mirzəsaatlunun idarə etdiyi yük avtomobilinin yanacaq çənindəki gizli saxlanc yerindən tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 143 kiloqram 990 qram olan 374 litr, Ramin Məşətli Əbdülixangahın idarə etdiyi yük avtomobilindən isə tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 137 kiloqram 445 qram olan 357 litr məhlul aşkar olunub. Aşkar edilən narkotik maddələrin ümumi çəkisi 281kiloqram 435 qram olub. 


Nəqliyyat vasitələrinin sürücüləri cinayət hadisələrini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulub və Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan edilib.


 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yolux, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11