SON XƏBƏRLƏR

İranlı alim Azərbaycan haqqında hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

2022.08.15, 08:45
İranlı alim Azərbaycan haqqında hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

Gunaz.tv

Molla rejiminin və İranın rəhbəri Əli Xameneyinin qatı tərəfdarlarından olan doktor Əliəkbər Rafeipur yazır:

“Bu dəqiqə bilirsiniz Azərbaycan Cümhuriyyətində vəziyyət necədir? Bizim məsullardan birinin belə səsi çıxmır. Brenda Şaffer Azərbaycan Cümhuriyyəti haqqında yeni kimlik qondarmaq istəyir. Mossad zabiti, yəhudi və fəxrlə İsrailə gedib gəlir". 

O, deyir ki, İslam Cümhuriyyəti Azərbaycanda o qədər dəyərdən düşüb ki, Brenda Şaffer bu hərəkəti ilə bildirmək istəyir ki, mən gedib-gəlirəm və ümumiyyətlə bunun kimsəyə dəxli yoxdur.

"Brenda Şaffer Xudafərin körpüsünün Azərbaycan tərəfində olan hissəsinə gəlib orada şəkil çəkdirir və bunu tvitter hesabında yayır. O, Azərbaycan bayraqları ilə  əzadarlıq heyətinin fotosunu yayıb və bildirib ki, bu bizim Azərbaycanda nəzərdə tutduğumuz heyətdir.  Bilirsiniz bu heyət necədir? Azərbaycan bayraqları qaldırılıb və orada İmam Hüseynə aid heç bir əsər yoxdur”-deyə, Rafeipur bildirib. 

Əliəkbər Rafeipur bildirir ki, Azərbaycan şiələri hətta Ərbəin mərasiminə belə fərqli şəkildə qatılırlar.

“Siz ərbəin mərasimlərində Azərbaycan şiələrini görmürsünüz? Bir dənə belə İmam Hüseyn bayrağı götürmürlər, hamısı Azərbaycan bayraqlarıdır və deyirlər imam Hüseynə aid heç bir nişanə olmamalıdır.

Orada bir qrup saray axundu ortaya çıxarıblar, şeirlərinin hamısı tənzimlənir, içində heç nə yoxdur"-deyə, o, Azərbaycanda əzadarlıq mərasimlərinin fərqli keçirilməsindən narahatlığını ifadə edir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar