SON XƏBƏRLƏR

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021.12.04, 12:44
İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

Gunaz.tv

Öz çıxışında polisə və mülki geymli təhlükəsizlik qüvvələrinə əkinçilərin dinc etirazlarını zorla yatırılmasına görə öz təşəkkürünü bildirən axund Mirdasmadi deyib ki, su qıtlığı təkcə İsfahan əyalətinə məxsus deyil.

“Su yoxdursa, bir sıra digər əyalətlərdə, o cümlədən Xuzistan və Çaharmahal və Bəxtiyari əyalətlərndə bu problem yaşanır. 

Bəlkə yeməyə çörəyi belə olmayan İsfahan əkinçilərinin su ilə bağlı tələbləri haqlıdır və istər əvvəlki hökumətlər, istərsə də indiki hökumət bu problemi aradan qaldırmağa çalışsalar da bu müşkül hələ də öz həllini tapmayıb.

Əyalətdə su çatışazlığını aradan qaldırmaq üçün ölkə prezidenti parlamentdəki isfahanlı deputatlarla bir neçə iclas keçirib, məsələni onlarla müzakirə edib. Ümid edirik ki, keçirilmiş bu iclaslarda alınan qərarların təsirini tezliklə görəcəyik və su problem qısa bir zamanda öz həllini tapacaq. 

Bilirəm, ağır durumda olan isfahanlı əkinçi və fermerlərin indiki dərdi böyükdür. Hökumət rəsmiləri də bu problemi həll etməyə çalışırlar.

Lakin hökumətin su problemini aradan qaldırmağa səy göstərməsinə baxmayaraq, unutmamalıyıq ki, bu problemin həlli əsasən Allahın əlindədir və bunun üçün də hesab edirəm ki, hamımız tez-tez yağış

namazı qılmalı, Allahdan yağış göndərməsini istəməliyik”, -deyə İsfahan cümə namazının dönəm başqanı axund Seyid Muctaba Mirdamadi susuzluqdan əziyyət çəkən isfahanlı əkinçilərin problemindən danışarkən bəyan edib. 

Xatırladaq ki, noyabrın 26-dan buy ana İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3 əkinçi başından aldığı polis dəyənəyi zərbəsindən həyatını itirib.

Həmçinin repressiv polis, “Bəsic” qüvvələrinin etirazçı fermerlərə yaxın məsafədən saçma tüfənglərdən açdığı birbaşa atəş nəticəsində ən azı 30 nəfər gözündən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözündən kor olub. İki gözdən kor olanlardan biri 15 yaşlı bir yeniyetmədir.

شلیک گاز اشک‌آور از سوی نیروهای حکومتی به معترضان در اصفهان - آرشیو

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar