SON XƏBƏRLƏR

Marağanın cümə imamı Azərbaycana qarşı ittihamlar səsləndirib

2022.08.13, 07:44
Marağanın cümə imamı Azərbaycana qarşı ittihamlar səsləndirib

Gunaz.tv

Müxtəlif məsələləri bir-birinə qatan və əlaqəsiz çıxış edən Məhəmmədtağı Purməhəmmədi İsrailin fələstinlilərə qarşı zülmündən danışarkən Azərbaycan hökumətinin şiələrə qarşı repressiyalarına keçid edib.

Şiə alimlərinin islam dünyasına məxsus olduğunu deyən bölgə mollası, 70 illik kommunizm dövründə anti-şiə siyasətlərinin iflasa uğradığını söyləyib və dolayısı ilə Azərbaycanı təhdid edib.

Qeyd edək ki, son vaxtlar İranda cümə imamlarının Azərbaycana qarşı əks təbliğatları yenidən güclənib.

Ötən həftə cümə namazları mərasimlərində Azərbaycana qarşı çıxışlar edilib, namazdan sonra aksiyalar keçirilib və Azərbaycana qarşı şüarlar səsləndirilib.

Hər həftə cümə namazlarında mollaların çıxışlarının məzmunu və istiqaməti barədə İranın rəhbəri Seyid Əli Xaməneyinin ofisi qərar verir və yerli mollalar məsləhət bilinən mövzular barədə danışırlar.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar