SON XƏBƏRLƏR

İranlı deputat: “Gələn bir ilə qədər Ərak reaktoru iş salınacaq”

2021.10.20, 07:36
İranlı deputat: “Gələn bir ilə qədər Ərak reaktoru iş salınacaq”

Gunaz.tv

O, İranın Atom Enerjisi Təşkilatının rəisi Məhəmməd İslamiyə istinadən deyib ki, gələn bir ilə qədər Ərakın İR20 reaktorunun fəaliyyətinə start veriləcək.


“Məhəmməd İslami parlamentinin enerji komissiyasının üzvləri ilə keçirdiyi bir iclasda bu məsələni bəyan edib və deyib ki, bu təşkilatın hədəfi 8 min meqavat elektrik enerjisi istehsal etmək və ya nüvə stansiyası tikməkdir”, -deyə İran parlamentinin enerji komissiyasının sözçüsü Mustafa Nəxəi bildirib. 


İranın Atom Enerjisi Təşkilatının rəisi daha əvvəl, yəni sentyabrın 16 -da Ərak ağır su reaktorunun yeni dizaynının maksimum sürətlə həyata keçirilməsinin vacib olduğunu bildirsə də, onun istismara verilməsi üçün konkret bir vaxt təyin etməmişdi.


Xatırladaq ki, 2015-ci ildə İranla Qərb arasında əldə olunmuş razılaşmanın şərtlərinə əsasən, İran 40 meqavat gücündə olan stansiyanının fəaliyyətini dayandırdı və qərara alındı ki, reaktorun quruluşu elə dəyişdirilsin ki, nüvə silahlarının hazırlanmasında istifadə olunan plutonyum istehsal etməyə qadir olmasın.

نمایی از تأسیسات آب سنگین اراک

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar