İranlı deputat: “Yəməndəki səfirimizin ölümünün səbəbkarı Səudiyyə Ərəbistanıdır”

22.12.2021, 13:37

İran palamentinin deputatı Əhməd Nadiri dekabrın 21-də “Twitter” hesabında etdiyi paylaşımında Səudiyyə Ərəbistan hökuətini İranın Sənadakı üzdəniraq “səfir”i Həsən İrlunun ölümündə təqsirkar olduğunu iddia edib.

Gunaz.tv Quote | Gunaz article

Deputat deyib ki, İranın Yəməndə hisilərin nəzarətində olan Sənadakı səfiri Həsən İrlunun ölümü “regiondakı müqavimət cəbhəsi”nin (İran “müqavimət cəbhəsi” dedikdə regiondakı Hizbullah, Həşdi-Şəəbi, Ənsa Hizbullah, husilər və digər terrorçu qruplaşmaları nəzərdə tutur-Red) sinəsinə çəkilən bir dağdır (yaradır-Red).

“Artıq bu ikinci dəfədir ki, islam iddiasında olan təkfirçi bir ölkə səfirimizi əlimizdən alır. Əgər birinci dəfə ona (Səudiyyə Ərəbistanına-Red) uyğun bir cavab verilsəydi, yenidən bu işi etməzdi. Nəsə ciddi bir çarı qılmaq lazımdır”, -deyə deputat Əhməd Nadirinin “Twitter” də etdiyi paylaşımında iddia edilir.

Deputat “birinci dəfə” dedikdə İranın hansı səfirinə toxunduğunu açıqlamasa da, təxmin edilir ki, o bununla da 2014-cü ilin oktyabr ayında həcc ziyarəti zamanında İran zəvvarlarının həcc mərasimindən sui-istifadə edərək siyasi məqsədlər üçün aksiya keçirməyə cəhd edərkən yaranmış sıxlıq nəticəsində həlak olan İranın Livandakı keçmiş səfiri Qəzənfər Roknabadinin ölümünə işarə edir.

Həmin hadisədə “səfir” Roknabadi ilə yanaşı daha 465 iranlı zəvvar izdiham nəticəsində yaranmış sıxlıqda ayaq altında qalaraq ölmüşdü.

ترکی المالکی

                                                                                     General Torki əl Maliki

Bu arada Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasının sözçüsü general Torki əl Maliki dünən mediaya açıqlamasında rəsmi Tehranın “səfir” Həsən İrlunun Yəməndən necə çıxarılması ilə bağlı Ər-Riyadı günahlandırmasına cavab verib. 

“Rəsmi Tehranın ölkəmizə qarşı böhtan və təhqir dolu yaydığı bəyanat düzgün deyil və qəbuledilməzdir. 

Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmilərinin göstərişi ilə koalisiya qüvvələri Oman və İraqın diplomatik vasitəçiliyi nəticəsində İrlunun xəstəliyini öyrəndikdən sonra onun 48 saatdan az müddətdə Həsən İrluYəməndən çıxmasına şərait yaratdılar. 

Biz isə bunu sırf humanizm üçün etdik. Bax mayaraq ki, Həsən İrlu qanunsuz yollarla Yəmənə gəlmiş və orada ölkəmizə qarşı aparılan təxribat xarakterli əməllərə dəstək verirdi”, deyə Körfəzdəki Ərəb Koalisiyasının sözçüsü general Torki əl Maliki bildirib. 

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 21-də jurnalistlərə açıqlamasında İranın Sənadan qovulmuş üzdəniraq “səfiri” Həsən İrlunun koronavirusdan öldüyünü bildirmişdi. 

“Yəməndə koronavirusa yoluxan və bəzi ölkələrin (Səudiyyə Ərəbistanı-Red) gec əməkdaşlıq etməsi nəticəsində ağır vəziyyətdə ölkəyə qayıdan səfir Həsən İrlu bu gün səhər vəfat edib”, -deyə Xətibzadə bildirmişdi. 

Qeyd edək ki, SEPAH terror təşkilatının “Qüds” briqadasının üzvlərindən olan Həsən İrlu bir il əvvəl gizli yollarla Yəmənə getmişdi. O, İranın Yəməndə husilərin nəzarətində olan Sənadakı üzdəniraq səfiri idi.

Lakin husilərlə Tehran arasında son vaxtlar çıxan bəzi ixtilaflardan sonra və onların Səudiyyə Ərəbistanı ilə dialoqa girməsindən sonra husilər Həsən İrlunun Yəməndən qovulmasına razılıq vermiş, onun yerinə başqa hər hansı bir İran “dioplamat”ının Yəmənə gəlməyəcəyi  barədə rəsmi Ər-Riyadı əmin etmişdi.

Bunun ardınca Həsən İrlu dekabrın 19-da Səudiyyə Ərəbistanı rəsmilərinin koordinasiyası ilə bir İraq təyyarəsi ilə əvvəlcə Bağdada, oradan isə Tehrana qayıtmışdı.

حسن ایرلو در صنعا، پایتخت حوثی‌های یمن که مورد حمایت ایران هستند.

                                                                       Yəməndən qovulan və Tehranda koronavirisdan ölən Həsən İrlu 

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İki yeniyetmə etnik bəluç edam edilə bilər

2022-12-02

gun az article

İranda etnik ərəb işgəncə altında öldürülüb

2022-12-02

gun az article

Washington Post: "İran cinayətkar qruplar vasitəsilə müxaliflərin oğurlanması və öldürülməsini planlarını genişləndirib"

2022-12-02

gun az article

İranda SEPAH generalı həbs edilib

2022-12-01

gun az article

Türkiyə səfiri etimadnaməsinin surətini İsrail XİN-ə təqdim edib

2022-12-01

gun az article

Azərbaycanın müdafiə naziri Pakistanın HDQ komandanı ilə görüşüb

2022-12-01

gun az article

Kərəcdə iki məhkum edam ediləcək

2022-12-01

gun az article

Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır

2022-12-01

gun az article

İranda bəhai vətəndaşlara qarşı təzyiqlər davam edir

2022-12-01

gun az article

“Ümid” SİD “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsini uğurla yekunlaşdırıb

2022-12-01

gun az article

İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb, 6 yaşlı qız gözünü itirib

2022-12-01

gun az article

İrandan Azərbaycana üzərində erməni dilində yazıları olan mallar göndərilib

2022-12-01

gun az article

İranda kəşfiyyat zabiti öldürülüb

2022-12-01

gun az article

Güneyli gənc fəal Abbas Nəmini edam edilə bilər

2022-12-01

gun az article

İranda İsrailə casusluqda ittiham olunan 4 nəfər edam ediləcək

2022-12-01

gun az article

Tanınmış jurnalist Məhəmmədbaqir Muradi İrana təhvil verilib

2022-12-01

gun az article

Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb

2022-12-01

gun az article

Laçının azadlığından iki il ötür

2022-12-01

gun az article

XİN Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib

2022-12-01

gun az article

ABŞ Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemləri alır

2022-12-01