SON XƏBƏRLƏR

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021.12.04, 11:23
İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

Gunaz.tv

Hökumətin etirazçılara qarşı hərbi zorakılığa əl atmasının qaçılmaz olduğunu iddia edən axund Qəzənfərabadi deyib ki, bunun üçün polis və təhlükəsizlik qüvvələrinin istər qanuni, istərsə də dini baxımdan icazəsi var.

“Çünki əgər etirazların qarşısı bu şəkildə alınmasaydı, indi biz çoxlu itkilərin şahidi olabilərdik. 

İsfahanda keçirilən etiraz aksiyasında əksinqilabçıların olub-olmasmasından və kiminsə bilərəkdən və ya bilməyərəkdən hansısa bir dağıdıcı və təhlükəli əməlindən asılı olmayaraq, hesab edirəm ki, bu etirazların qarşısı zorla alınmalı idi. 

Vəziyyət belə olduqda isə nəinki polis və təhlükəsizlik qüvvələrinin, hətta ayrı-ayrı şəxslərin də dini və qanuni baxımdan bu kimi şəxslərə odlu silahlardan birbaşa atəş açmağa icazəsi var”, -deyə İran parlamentinin hüquq komissiyasının rəisi axund Musa Qəzənfərabadi bəyan edib.

Qeyd edək ki, axund Qəzənfərabadi sadə və yoxsul isfahanlı əkinçi və fermerləri dolayısı yolla təxribatda və dağıdıcılıqda ittiham etsə də, social şəbəkələrdə yayılan videolardan da göründüyü kimi, isfahanlı əkinçilərin son iki həftə ərzində keçirdiyi bütün etiraz toplantıları dinc şəkildə olub və etirazlarda hər hansı bir dövlət əmlakına ziyan yetirilməyib. 

Xatırladaq ki, noyabrın 26-dan buy ana İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3 əkinçi başından aldığı polis dəyənəyi zərbəsindən həyatını itirib.

Həmçinin repressiv polis, “Bəsic” qüvvələrinin etirazçı fermerlərə yaxın məsafədən saçma tüfənglərdən açdığı birbaşa atəş nəticəsində ən azı 30 nəfər gözündən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözündən kor olub. İki gözdən kor olanlardan biri 15 yaşlı bir yeniyetmədir.

4ECEC6AE-5F32-4A91-8907-91D1798C140D_w1597_n_r1_st.jpg

اعتراضات اصفهان، ۵ آذر ۱۴۰۰

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar