SON XƏBƏRLƏR

İranlı deputat: “Azərbaycan rəsmiləri öz bəyanatlarında diqqətli olmalıdırlar”

2021.10.20, 07:36
İranlı deputat: “Azərbaycan rəsmiləri öz bəyanatlarında diqqətli olmalıdırlar”

Gunaz.tv

Sentyabrın 28-də mediaya açıqlamasında deputat deyib ki, qonşu ölkələrin rəsmilərinin mövqe və bəyanatları elə olmalıdır ki, bu, ixtilafların qızışdırılmasına və anlaşımazlıq yaranmasına gətirib çıxarmamalıdır.


“İranla Azərbaycan xalqları dini, iqrisadi və coğrafiya baxımından bir-biri ilə ən çox ortaq cəhətlərə malik olan xalqlardır.

İran İslam Respublikasının xarici siyasətdə əsas prioriteti ö qonşuları ilə, o cümlədən də Azərbaycan Respublikası kimi müsəlman ölkələrlə əlaqələri gücləndirməkdir. 


Hesab edirik ki, hər iki ölkə arasında gərhinliyə səbəb olan hər hansı bir rəftar və ya mövqeyin sərgilənməsi əcnəbilərin, o cümlədən də bədxah sionist rejiminin meydançasında oynamaq deməkdir.

Elə buna görə də güman edirik ki, iki ölkənin münasibətlərində problem yaranmaması üçün Azərbaycan Respublikasının rəsmiləri səsləndirdikləri öz bəyanatlarında diqqətli olmalıdırlar.  


İran İslam Respublikası Qarabağın işğalına son qoyulması və beynəlxalq sərhədlərə ehtiramla yanaşılması üçün ən yüksək səviyyədə mövqe sərgiləyib. Bundan başqa İran milləti bu münaqişədə Azərbaycan Respublikası millətinin yanında olub. 


Lakin hər halda Qarabağın azad olunmasından sonra bu bölgədə yeni bir sistem hakim olunmalı, iki ölkə arasındakı ixtilaflar, o cümlədən də İranın yük maşınlarının Qarabağa necə gedib gəlməsi məsələsi danışıqlar yolu ilə həll olunmalıdır.

Hesab edirik ki, hər iki ölkə əcnəbilərin və üçüncü tərəflərin ölkələrimiz arasında olan mövcud ixtilaflardan sui-istifadə etməsinə imkan verməməlidirlər. 


Bizim isə qonşu ölklərə mesajımız odur ki, güclü bir islam respublikasının varlığı İranla qonşu olan ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının sülh, sabitlik və təhlükəsizliyini təmin edə bilər”, -deyə İran parlamentinin milli təhlükəsizlik komissiyasının sözçüsü Mahmud Abbaszadə bildirib.
 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar