SON XƏBƏRLƏR

İranlı fəallardan Belçika hökumətinə çağırış: "İran terrorçularını bağışlamayın"

2022.07.05, 07:36
İranlı fəallardan Belçika hökumətinə çağırış: "İran terrorçularını bağışlamayın"

Gunaz.tv

Belçikanın baş naziri və parlament üzvlərinə məktubu 430 hüquq müdafiəçisi və müxalifət fəalı yazıb.

Onlar İran terrorçusu Əsədullah Əsədinin ekstradisiyasına gətirib çıxara biləcək qanun layihəsindən narahat olduqlarını bildirib, bu qanunun terrorçulara amnistiyasına icazə verdiyini deyiblər.

"İnsan haqları təşkilatlarının hesabatlarında İranın indiyədək İrandan kənarda bir neçə yüz müxalifini qətlə yetirdiyini bildirilir.

Bu qətllərin bəzilərinin Avropa ölkələrində baş verdiyini nəzərə alaraq, belə bir qanunun qəbul edilməsi tehran hökumətinin rəqiblərini daha az risklə öldürmək üçün öz qatil qruplarını Belçikaya göndərə biləcəyi ehtimalı var.

Çünki bu qatillər Belçika hökumətinin onları birbaşa öz ölkələrinə qaytaracağına əmin olacaqlar”-deyə, məktubda qeyd olunub.

Məktub müəllifləri adı çəkilən qanun layihəsinin qəbul olunacağı təqdirdə bundan sonra İran tərəfindən törədiləcək terror aktlarına görə Belçika hökumətinin də adının İranla bir yerdə çəkiləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur.

Əsədullah Əsədi İranın Avstriyadakı səfirliyində işləyərkən Nəsimə Nəami və Əmir Səduniyə mücahidlərin toplantısını hədəfə almaq üçün başqa bir şəxsin köməyi ilə yarım kiloqram partlayıcı verib.

Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

Əsədulla Əsədi apellyasiya şikayətindən imtina edib.

Lakin apellyasiya məhkəməsi Mehrdad Arifani, Nəsimə Nəami və Əmir Səduninin şikayəti əsasında keçirilib.

Əsədullah Əsədi İran Kəşfiyyat İdarəsinin Avropadakı əsas rəsmilərindən biri kimi qeyd edilib və onun bu qitədə İslam Respublikasının casus şəbəkəsinə rəhbərlik etdiyi bildirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar