SON XƏBƏRLƏR

İranlı hüquq müdafiəçilərindən dünya liderlərinə müraciət: “Tehran rejiminə təzyiq göstərin”

2021.11.03, 11:46
İranlı hüquq müdafiəçilərindən dünya liderlərinə müraciət: “Tehran rejiminə təzyiq göstərin”

Gunaz.tv

 Onlar İranda həbsdə saxlanılan ətraf mühit fəallarının azadlığa buraxılması üçün Tehran rejiminə təzyiq göstərmələrini tələb edib.

Qlazqo konfransının sədri Hun Alok Şarmaya ünvanlanan və bir nüsxəsi də ətraf mühit fəalı Greta Thunbergə göndərilən məktubda sözü gedən konfransa qatılan dünya liderlərindən İranda əsassız ittihamlarla həbs edilən ətraf mühit fəallarının azadlığa buraxılmasına yardım istənilir.


“Qlazqo konfransında iqlim dəyişikliyi ilə bağlı mühüm məsələlər haqda müzakirələr aparıldığı və islam respublikası rejiminin nümayəndələri də həmin konfransa dəvət edildiyi bir vaxtda İranda iqlim dəyişikliyinin mənfi təsirləri barədə indsanları maarifləndirən ətraf mühit fəallarını əsassız ittihamlarla həbsə salır, işgəncəyə məruz qoyurlar”, -deyə məktubda deyilir.


İranda Siyasi Məhbusların Azadlığı Uğrunda Mübarizə Komitəsinin sözçüsü Şiva Məhbubi məsələ ilə bağlı mediaya açıqlamasında deyib ki, sözü gedən məktubu yazmaqda məqsəd, həm də İran rejiminin həbsdə saxlanılaraq təzyiq və fiziki işgəncələrə məruz qoyulan ətraf mühit fəallarının ailə üzvlərinə qarşı mütəmadi olaraq, təhdid etməsini dünya ictimaiyyətinə çatdırmaqdır.


“İran İslam Respublikası rejimi ətraf mühit fəallarının maarifləndirici fəaliyyətlərini özünə qarşı təbliğat aparmaq kimi hesab edir, onları casusluq və digər əsassız ittihamlarla tutub həbsə salır”, -deyə Şiva Məhbubi bildirib.


Bildirilir ki, ətraf mühit fəalları Humən Cokar, Əmirhüseyn Xaliqi, Tahir Qədiriyan, Nilufər Bəyani, Sepidə Kaşani, Murad Tahbaz, Əbdülrza Kuhpayə və Kavus Seyid İmami 2017-ci ildə casusluq ittihamı ilə həbs ediliblər.


Saxlanılan ətraf mühit fəallarından biri, Kavus Seyid İmami həbsindən az sonra həbsxanada müəmmalı şəkildə qətlə yetirilib.


İran rejimi onun həbsxanada “intihar” etdiyini iddia etsə də, Kavus Seyid İmaminin ailəsi bu iddianı rədd edərək, onun zindanda rejim məmurları tərəfindən öldürüldüyünü bildirirlər. 


Qeyd edək ki, Qlazqo konfransına İran prezidenti İbrahim Rəisi də dəvət olunsa da, o həmin konfransa qatılmaqdan imtina edib. 


Xatırladaq ki, bundan əvvəl Şotlandiya parlamentinin keçmiş deputatlarından biri İranda edam edilən bir neçə siyasi məhbusun ailə üzvləri ilə birlikdə bəyanat yayaraq, Qlazqoya səfər edəcəyi təqdirdə Tehran qəssabı kimi tanınan İbrahim Rəisinin Şotlandiya polisi tərəfindən həbs edilməsini tələb etmişdilər. 

فرزند سیدامامی: مسئولان مرگ پدرم کسانی‌اند که او را زندانی کردند | ایران |  DW | 08.02.2019

                                       Zindanda qətlə yetirilmiş ətraf mühit fəalı Kavus Seyid İmami

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar