SON XƏBƏRLƏR

İranlı investorların təxminən 90%-i gələcək haqqında dəqiq təsəvvürə malik deyil

2022.09.07, 09:20
İranlı investorların təxminən 90%-i gələcək haqqında dəqiq təsəvvürə malik deyil

Gunaz.tv

“Donyaye eqtesad” qəzetinin sentyabrın 6-da dərc etdiyi xəbərə görə, respondentlərin təxminən yarısı ölkədən kapitalını, 70%-dən çoxu isə kapitalının ən azı bir hissəsini çıxarmağı düşünür.

Qeyri-sabitlik sorğuda iştirak edən iqtisadi fəalların etiraz etdiyi ən mühüm məsələdir və iqtisadi fəalların yarıdan çoxu bildirib ki, son bir-iki ildə onların biznesi nəzarət olunmaz vəziyyətə düşüb.

Bəzi iqtisadi ekspertlərin fikrincə, yalnız 2010-cu illərdə İranda kapital yığımının miqdarı təxminən 40% azalıb və bu azalma İbrahim Rəisi hökumətinin ilk ilində də davam edir.

İnvestisiya çatışmazlığı İranda İslam İnqilabından sonra adambaşına düşən ÜDM-in azalmasının ən mühüm amilidir və Dünya Bankının qiymətləndirməsinə görə 2015-ci ilin sabit dolları əsasında bu, 30%-ə çatır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar