SON XƏBƏRLƏR

İranlıların iraqlılar tərəfindən zorlanmasını ictimailəşdirən şəxs həbs olunub

2022.07.05, 05:10
İranlıların iraqlılar tərəfindən zorlanmasını ictimailəşdirən şəxs həbs olunub

Gunaz.tv

Bəyanatda saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir. Lakin onun "iki ölkənin xalqları arasında ixtilaf yaratmağa çalışdığına və müxalif təşkilatlara bağlı olduğuna" dair ehtimal irəli sürülür.

Qeyd edək ki, iyunun 15-də Sürücülərin Ümumölkə Koordinasiya Birliyi bəyanat yayaraq İran-İraq sərhəddində yerləşən Sumar kömrük məntəqəsində biabırçı hadisənin baş verdiyini xəbər verib.

Məlumatda iraqlı sərhədçilərin 4 iranlı sürücüyə cinsi təcavüz etdiyi bildirilib.

Hadisə ilə bağlı paylaşım edən sürücülərdən biri hadisənin iranlı sürücülərlə iraql sərhədçilər arasında yaranan mübahisədən sonra baş verdiyini deyib.

Xəbərin yayılmasından bir gün sonra Sumar bölgəsində sürücülər və bir qrup insan etiraz aksiyası keçirib və İraqdan İrana yük daşıyan TIR sürücülərinə hücum edərək onların maşınlarına xəsarət yetiriblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar