SON XƏBƏRLƏR

İranlı müəllimlər təzyiqlərlə bağlı Beynəlxalq Əmək Təşkilatına müraciət edib

2022.05.31, 06:32
İranlı müəllimlər təzyiqlərlə bağlı Beynəlxalq Əmək Təşkilatına müraciət edib

Gunaz.tv

Müəllimlər bu qurumun İranda məhbus müəllim və işçilərin azadlığa buraxılmaları üçün İran hökumətinə basqıları artırmağı istəyiblər.

Məktubda İran nümayəndə heyətinin son sammitdə iştirakına toxunub və başqa ölkələrin nümayəndələrinin diqqətini iranlı işçi, müəllimlər üçün yaranmış çoxsaylı problemlərə yönəldib. 

Sammitdə iştirak edən üzvlərə göndərilən məktubda həbsdə olan müəllim və işçilərin azadlığa buraxılması üçün qlobal dəstək tələb olunub.

İşçilərin, müəllimlərin və hüquqları pozulan başqa qrupların tələblərinin yerinə yetirilməsi üçün onlara dəstək verilməsi istənilib.

“Beynəlxalq Əmək Təşkilatının 110-cu Zirvə Toplantısı ilə eyni vaxtda İrandakı repressiyalar dahada şiddətlənib. Son zamanlar müəllimlərə və həmkarlar ittifaqı fəallarına qarşı sərt repressiyalar artıb.

Bu məktubu imzalayanlar sammiti İran işçiləri, müəllimləri və mədəniyyət xadimlərinin problemlərinə xüsusi diqqət yetirməyə çağırırlar”-deyə, məktubda bildirilib.

Məktubun sonunda İranda kəskin bahalıq və inflyasiya səbəbindən baş verən etirazlara hökumətin sərt müdaxiləsi, təhlükəsizlik və polis qüvvələrinin narazılara qarşı amansız davrandıqları, tanınmış həmkarlar ittifaqı fəalları, o cümlədən müəllimlər və işçilərin həbs edildiyi qeyd olunub.

Beynəlxalq Əmək Təşkilatı Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarından biridir. Təşkilat 1919-cu ildə Paris Sülh Konfransının müzakirələri nəticəsində yaradılıb. 

Təşkilatın baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir və hər il may-iyun aylarında konfrans keçirir.

Bu il Beynəlxalq Əmək Təşkilatının iclası mayın 26-da başlayıb və iyunun 11-dək davam edəcək. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar