"Rusiya İranı girov götürüb"- İran parlamentinin üzvü

15.03.2022, 05:14

Vyanada keçirilən nüvə danışıqlarının dayandırılmasından danışan Xuzistan əyalətinin Dezful şəhərinin İran parlamentindəki nümayəndəsi Əhməd Avayi Rusiyanın yanaşmasını tənqid edib. O, Rusiyanın İranı girov götürdüyünü deyib.

Gunaz.tv Quote | Gunaz article

Millət vəkili “Xəbər onlayn” saytına verdiyi müsahibədə nüvə razılaşmasının Rusiya və Şinin maraqlarına uyğun olmadığı üçün İranı öz qazanclarına qurban verdiklərini söyləyib.

Son günlər Rusiya Amerikadan nüvə danışıqlarının başa çatmasından sonra Qərbin Ukraynaya müdaxiləsi ilə əlaqədar bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların Moskva ilə Tehran arasında iqtisadi və hərbi əməkdaşlığa təsir etməyəcəyinə dair yazılı təminat tələb edib.

Amerika hökuməti Rusiyanın bu tələbini əhəmiyyətsiz adlandırıb və Avropa ölkələri belə bir tələbin bütün razılaşmaların uğursuzluğuna səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Dezfulun nümayəndəsi İran xalqlarının Rusiyadan heç vaxt xeyir görmədiklərini və iranlıların tarixi yaddaşında Rusiya ilə bağlı mənfi xatirələrin çox olduğunu vurğulayıb.

Qeyd edək ki, martın 14-dən 15-ə keçən gecə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan diplomatik heyətlə birgə Moskvaya səfər edib.

Onun səfərinin detalları barədə məlumat verilməsə  də, xarici işlər nazirinin səfərinin məqsədinin Vyana danışıqlarının dayandırılması, nüvə razılaşması prosesində davam edən uğursuzluq və bölgədə baş verən məsələlərin müzakirəsi olduğu bildirilir.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social