SON XƏBƏRLƏR

İranlı millət vəkilləri İbrahim Rəisidən narazıdır

2022.05.09, 08:03
İranlı millət vəkilləri İbrahim Rəisidən narazıdır

Gunaz.tv

Bundan öncə İran prezidentinin mütəxəssislərlə iqtisadi durumun yaxşılaşdırılması ilə əlaqədar apardığı işlər barədə çıxışı parlament başçısının da etirazına səbəb olub.

"Dövlətin iqtisadi siyasəti, özəlliklə unun qiymətinin qalxması vətəndaşları öncəkindən də çox nigaran edib"-deyə, parlament başçısı Məhəmmədbaqir Qalibaf bildirib.

Un, makaron, çörək və başqa un məmulatlarının bahalaşmasına toxunan Qalibaf bunun haqlı olaraq etirazlarla qarşılaşdığını deyib.

Bir sıra təhlilçilər parlament başçısının İbrahim Rəisiyə qarşı sərt çıxışını onların arasında baş verən şəxsi narazılıqla əlaqələndirirlər.

İki həftə bundan öncə Məhəmmədbaqir Qalibafın ailə üzvlərinin Türkiyədə bahalı alış-veriş etdiklərini əks etdirən videoların İbrahim Rəisinin kürəkəni tərəfindən yayıldığı bildirilir.

Hazırda iranlıların ağır iqtisadi durum və yoxsulluqla mübarizə apardığı, bir sıra ərzaq mallarının qiymətinin kəskin  bahalaşdığı bir vaxtda, Rəisinin çıxışı daha çox etirazlara səbəb olub.

İbrahim Rəisi mayın 7-i axşam saatlarında dövlət televizyasında çıxış edərək "ədalətin şirin dadını vətəndaşlara daddırmaq" niyyətində olduğunu açıqlayıb.

Bu sosial media istifadəçilərinin lağ hədəfinə çevrilib və on minlərlə istifadəçi Rəisidən belə ədalətin kökünü kəsməsini, özünün isə istefa verməsini istəyiblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar