SON XƏBƏRLƏR

“Orada təkfirçi ünsürlər yuva qurub”-İrandan Azərbaycana qarşı qərəzli iddia

2022.04.12, 09:49
“Orada təkfirçi ünsürlər yuva qurub”-İrandan Azərbaycana qarşı qərəzli iddia

Gunaz.tv

Fədahüseyn Maliki İran rəsmilərinin Azərbaycana qarşı ənənəvi fikirlərini təkrar edib və orada “təkfirçi” qüvvələrin yuva qurduqlarını iddia edib.

“Xarici İşlər Nazirliyi təkfirçilərin sığınacaq qurduqları Əfqanıstan, Pakistan, Türkiyə və Bakı Respublikası kimi qonşu ölkələrlə daim əlaqə saxlamalı, onların fəaliyyətinin təhlükəli nəticələri barədə fəal diplomatiya xəbərdarlığı etməli və bu ölkələrin hökumətlərinə xatırlatmalıdır ki, bu qrupların fəaliyyətinin nəticələri onlara da təsir edəcək”-deyə, Maliki bildirib.

O, adıçəkilən ölkələrin hökumətlərinin iddia etdiyi qrupların fəaliyyətindən xəbərdar olduqlarını deyib və Xarici İşlər Nazirliyini daha çevik tərpənməyə, qonşu ölkələrə təzyiq göstərməyə və sərhədlərin qorunması üçün çağırışlar etməyə çağırıb.

Fədahüseyn Maliki bir çox iran rəsmiləri kimi bu dəfədə Azərbaycan Respublikasının adını təhrif edərək “Bakı Respublikası” kimi qeyd edib və bu İran mediasında belədə yayılıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar