SON XƏBƏRLƏR

İranlı nazir: “Biz hər zaman Azərbaycan Respublikası ilə dost olduğumuzu bildirmişik”

2021.10.20, 07:36
İranlı nazir: “Biz hər zaman Azərbaycan Respublikası ilə dost olduğumuzu bildirmişik”

Gunaz.tv

Jurnalistlərin son günlər İranla Azərbaycan əlaqələrində yaranmış bəzi məsələlərlə bağlı bağlı verdiyi sualları cavablandıran Əhməd Vəhidi deyib ki, İran qonşu ölkələrlə münasibətlərinə böyük önəm verir.


“Yeni hökumətdə qonşularımızla əlaqələrimizi genişləndirmək və onlarla dost münasibətlər qurmaq bizim əsas prioritet məsələlərimizdən biridir.


Biz hər zaman qonşu ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə dost olduğumuzu bildirmiş, onlara dostluq elan etmişik. Biz həmişə öz qonşularımızı birgə əməkdaşlığa və dialoqa dəvət etmişik. Bu isə İran İslam Respublikasının həmişəki siyasətidir.


Azərbaycan Respublikası ilə yaranmış problemlərlə bağlı suala gəlincə, hesab edirəm ki, əgər ölkələrimz arasında hansısa bir problem və anlaşılmazlıq varsa, diplomatik kanallarla aradan qaldırılacaq və hazırda Xarici İşlər Nazirliyimiz bu işlə məşğuldur.


Bildirirəm ki, bizim qucağımız qonşu ölkələrlə əməkdaşlıq etmək və əlaqələri genişləndirmək üçün açıqdır və İran hökuməti və milləti öz qonşuları ilə dostluq münasibətləri qurmaqda qərarlıdır”, -deyə İranın daxili işlər naziri Əhməd Vəhidi bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar