SON XƏBƏRLƏR

"Hökumət Qərbi Azərbaycanda əhalinin etnik tərkibini dəyişmək istəyir"-İranlı politoloq-VİDEO

2022.03.23, 09:30
"Hökumət Qərbi Azərbaycanda əhalinin etnik tərkibini dəyişmək istəyir"-İranlı politoloq-VİDEO

Gunaz.tv

Turac Ətabaki “İran İnternasional” televiziyasına müsahibəsində deyib ki, kürdlərin Urmiyaya köçürülməsi narahatlıq doğurur.

 “Urmuda türk əhali arasında kürdlərin bölgəyə yerləşdirlməsi iıə bağlı həməşə narahatlıq olub və onlar bunun qarşısını almaq üçün məcburi şəkildə şəhərin keçmiş cümə imamı molla Həsəninin dəstəyindən yararlanmağa çalışıblar”-deyə, Ətabəki bildirib.

Paniranist mövqeyi ilə seçilən və Azərbaycan türklərinə qarşı xeyrxah münasibətdə olmayan Turəc Ətabəkinin bu problemi səsləndirməsi, etirafları olduqca önəmli sayılır.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində əhalinin tərkibinin kürdlərin xeyrinə dəyişdirilməsi ilə bağlı Azərbaycan türklərinin xəbərdarlıqları “pantürkist çıxışlar" adlandırılıb. Bu etirqazlar hökumət və kürd təşkilatları tərəfindən aqressiya ilə qarşılanıb.

Son bir neçə gün ərzində demək olar ki, bütün kürd televiziya kanalları, saytları və sosial media qrupları Yaz bayramı şənliklərinin keçirilməsindən Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddiaları irəli sürmək fürsəti kimi yararlanmağa çalışıblar.

Hətta özlərini solçu-kommunist adlandıran kürd təşkilatları Azərbaycanın Urmu, Piranşəhr, Sərdət, Soyuqbulaq, Tikantəpə kimi şəhərlərini "kürd torpaqları" adlandırıb, burada kürdlərin Yaz bayramı keçirdiklərini iddia ediblər.

Qeyd edək ki, hal-hazırda Kürdüstan əyalətində, Qürvə, Sənəndəc mahallarında yüz minlərlə türkün yaşamasına baxmayaraq, Azərbaycan təşkilatları o torpaqları türk torpaqları kimi qələmə verməyə çalışmır.

 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar