SON XƏBƏRLƏR

İranlı sözçü: “Minlərlə İran vətəndaşı “Qara cümə” hərracından faydalanmaq üçün Türkiyəyə səfər edib”

2021.12.01, 13:11
İranlı sözçü: “Minlərlə İran vətəndaşı “Qara cümə” hərracından faydalanmaq üçün Türkiyəyə səfər edib”

Gunaz.tv

Bu barədə İran Gömrüyünün sözçüsü Ruhullah Lətifi bu gün mediaya açıqlamasında məlumat yayıb.

Bu il “Qara cümə” hərraclarının noyabrın 26-a təsadüf etdiyini deyən sözçü deyib ki, noyabrın 17-dən 29-a qədər  16 min 759 İran vətəndaşı ölkənin quru sərhədlərindən keçərək Türkiyəyə daxil olub.

“Türkiyəyə gedən bu vətəndaşlarımızdan artıq 16 min 629 nəfəri ölkəyə qayıdıb. Onların bu qısa müddətdə ölkəyə qayıtması isə o deməkdir ki, onlar Türkiyənin Ticarət Mərkəzlərində malların hərraca çıxarılması fürsətindən istifadə etmək və bazarlıq etmək üçün bu ölkəyə səfər ediblər.

İranın “İlna” xəbər agentliyi isə həmin məsələ ilə bağlı yaydığı məlumatda bildirib ki, quru sərhədlərdən Türkiyəyə səfər edənlərin əksəriyyəti Van şəhərinin Ticarət Mərkəzlərinə gediblər və bazarlıq etdikdən sonra ölkəyə qayıdıblar.

Qeyd edilir ki, ölkənin ağır iqtisadi durumda olduğu son illər İran vətəndaşlarının Türkiyənin Ticarət Mərkəzlərinə getməsi və orada hərraca çıxarılan ayaqqabı və geyim mallarını ucuz qiymətə alıb ölkədə (İranda) baha qiymətə satması bir sıra yoxsul insanların peşəsinə çevrilib. 

İran vətəndaşlarının Türkiyənin Ticarət Mərkəzlərinə axın etməsinin Türkiyə milli valyutasının son günlər öz dəyərini sürətlə itirməsi ilə bağlı olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

روح الله لطیفی سخنگوی گمرک - صنایع

                                    İran Gömrüyünün sözçüsü Ruhullah Lətifi  

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar