SON XƏBƏRLƏR

İranlı spikerin ailəsi barədə məlumat yayan jurnalistə həbs cəzası verildi

2022.07.21, 09:51
İranlı spikerin ailəsi barədə məlumat yayan jurnalistə həbs cəzası verildi

Gunaz.tv

Bununla yanaşı həbsdən sonra iki il müddətinə jurnalistin ictimai və sosial media fəaliyyətinin qadağan edildiyi barədə qərar verilib.

"Mənə qarşı cinayət işi təhlükəsizlik qurumlarından birinin sifarişi əsasında açılıb və müstəntiq mənim fakt və müdafiəmi nəzərə almadan barəmdə ittiham aktı irəli sürdü"-deyə, Vəhid Əştəri özünün sosial media hesabında yazıb.

Qeyd edək ki, Vəhid Əştəri bu aprel ayında parlament başçısının qızı və kürəkəninin Türkiyə səfəri və bahalı alverləri barədə foto və videolar paylaşmışdı.

Məlumat və görüntülərin yayılmasından sonra məsələ sosial media istifadəçiləri və müxalif media nümayəndələrinin sərt reaksiyası ilə qarşılaşıb və onlar xalqı qənaət etməyə çağıran İran rəsmilərinin riyakar, korrupsioner olduqlarını yazıblar.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar