SON XƏBƏRLƏR

İran-İraq sərhədi bağlandı-Bağdadda İran əleyhinə aksiyalar keçirilib

2022.08.29, 17:28
İran-İraq sərhədi bağlandı-Bağdadda İran əleyhinə aksiyalar keçirilib

Gunaz.tv

Sosial şəbəkələrdə kütləvi aksiyalardan görüntülər yayılıb.

Etirazçılar İran əleyhinə şüarlar səsləndirib, Bağdadda Qasim Süleymaninin fotoları olan plakatları yandırdıblar.

İran Daxili İşlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Məcid Mirəhmədi iki ölkə arasında sərhədlərin bağlandığını və gəliş-gedişin tamamilə dayandırıldığını açıqlayıb.

Bununla yanaşı Tehranın "Xomeyni" hava limanının ictimaiyyətlə əlaqələr bölməsi İraqa nəzərdə tutulan bütün uçuşların ləğv edildiyi barədə bildiriş yayıb.

İranın bu qərarı Sədr hərəkatının lideri Müqtəda əs-Sədrin tərəfdarlarının Bağdadda hökumət binalarının və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”ya daxil olmaları, Prezident sarayını ələ keçirmələrindən sonra verilib.

Müqtəda-əs-Sədr tərəfdarlarının Prezident Sarayından çıxarılması zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Al-Arabia xəbər agentliyinin verdiyi məlumata görə, həlak olanlar Müqtəda əs-Sədrin tərəfdarlarıdır. Onlar təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı həyatlarını itiriblər.

Məlumata görə, Bağdadakı təhlükəsizlik qüvvələrinin komandanlığı ehtiyat qüvvələrinə təcili iş yerinə qayıtmağı tarpşırıb.

Dövlət obyektlərinin, bankların və s. təhlükəsizliyinin gücləndirilməsinə göstəriş verib.

Qeyd edək ki, Sədr hərəkatı xüsusilə İraqda dəstəklədiyi qruplar vasitəsilə İranın İraqın daxili işləri müdaxilələrinə etiraz edir və bu qruplaşmaları ölkədə korrupsiyanı və xarici ölkələrdən asılılığı genişləndirməkdə ittiham edir.

Sədrin tərəfdarları bir aydan artıqdır ki, İraq parlamentinin qarşısında oturaraq parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün dəyişiklik edilməsini tələb ediblər.

Sədr ilk növbədə bütün siyasi partiyaları, o cümlədən öz partiyasının üzvlərini dövlət vəzifələrindən imtina etməyə, qarşıdan gələn seçkiləri və yeni hökumətin qurulması prosesini boykot etməyə çağırıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar