SON XƏBƏRLƏR

İranla Rusiya arasında azad iqtisadi zona yaratmağa dair razılıq əldə olunub

2022.10.31, 05:29
İranla Rusiya arasında azad iqtisadi zona yaratmağa dair razılıq əldə olunub

Gunaz.tv

Bunu Azad Zonaların Ali Şurasının Katibliyinin rəhbəri Nəsrullah İbrahimi deyib.

O, Rusiya tərəfi ilə aparılan danışıqlara toxunaraq bildirib ki, 2 ölkə arasında müştərək azad zonaların yaradılması üçün 2 əsas var. Bunlardan biri İranın Avrasiya İqtisadi Birliyinə üzv olmasıdır. İkincisi İran və Rusiya arasında müştərək azad zonanın yaradılması haqqında razılıqdır.

İbrahiminin sözlərinə görə, İran və Rusiya arasında razılaşmaya əsasən, iqtisadi, ticarət və sənaye sahələrində qarşılıqlı əlaqələrin və əməkdaşlığın səviyyəsini artırmaq üçün iki ölkə arasında müştərək azad iqtisadi zona və ya müştərək investisiya zonası yaradılacaq.

Bu zonada logistika, nəqliyyat qovşaqları, bank, maliyyə və beynəlxalq birja institutları inkişaf etdiriləcək. (apa)

Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar