Regionda və dünyda sülhün, sabitliyin tərəfdarı kimi çıxış edən, bu istiqamətdə aktiv diplomatiya fəaliyyəti həyata keçirən Azərbaycan Respublikası bir sıra məqamlarda Fransa tərəfindən haqsız hücumlara məruz qalır.
Artıq neçənci dəfədir ki, Fransa heç bir əsas olmadan Azərbaycan qarşı hücumlar təşkil edir, erməni təəssübkeşliyi ilə bölgədə sülhün, sabitliyin bərqərar olmasına qarşı çıxır.
ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir töhfə verməyən Fransanın problem həllini tapdıqdan sonra anti-Azərbaycan fəaliyyətləri göstərməsi təəssüf doğurur.
Fransanın bəzi rəsmilərinin erməni sevdası, prezident Emmanuel Makronun bu proseslərin başında durması rəsmi Parisin Azərbaycanla-Ermənistan arasındakı vasitəçilik missiyasına gərək olmaması qənaətini yaradır.
Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci ildə Azərbaycan əleyhinə müzakirəyə çıxarılacaq qətnamə də Azərbaycana nifrətin, hiddətin göstəricisidir.
Fransa Milli Asaambleyasının, fransız rəsmilərinin anti-Azərbaycan fəaliyyətini kəskin şəkildə qınayır, onları faktları təhrif etməməyə, ədalətli olmağa çağırırıq.
Heç bir hüquqi qüvvəsi, Azərbaycan üzərində təsir imkanı olmayan bu tip sənədlərin qəbulunu birmənalı şəkildə pisləyirik.
Müasir İnkişaf Birliyi
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatı
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə Birliyi
Müstəqil Mətbuat Mərkəzi
Milli Fikir və İnkişaf Birliyi
Bakı şəhəri
27 noyabr 2022-ci il
Ayxan