SON XƏBƏRLƏR

Fransa Ukraynaya əlavə altı “Sezar” özüyeriyən artilleriya qurğusu göndərəcək

2022.11.10, 05:41
Fransa Ukraynaya əlavə altı “Sezar” özüyeriyən artilleriya qurğusu göndərəcək

Gunaz.tv

Bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü LCI telekanalının efirində bildirib.

Nazir qeyd edib ki, Fransa münaqişədə tərəf deyil və silah tədarükü onun eskalasiyası mənası daşımamalıdır:

“Münaqişənin siyasi həllinə nail olmaq üçün Rusiya ilə dialoqun davam etdirilməsi vacibdir”.

Qeyd edək ki, Fransa Danimarkanın sifariş etdiyi “Sezar” özüyeriyən artilleriya qurğularının (AKS) bu ölkəyə çatdırılmasını ləğv edib. Buna səbəb silahların Ukraynaya tədarük edilməsidir. (report)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar