SON XƏBƏRLƏR

"İran həbs edilmiş 3 kinematoqrafı azad etməlidir"-Fransa XİN

2022.07.16, 05:34
"İran həbs edilmiş 3 kinematoqrafı azad etməlidir"-Fransa XİN

Gunaz.tv

Xarici İşlər Nazirliyi İranda sənətçilərin vəziyyətinin narahatedici şəkildə pisləşdiyini bildirib və Parisin öz ölkələrində söz azadlığının müdafiəsində fəallıq göstərən bu və başqa iranlıların həbsindən çox narahat olduğunu ifadə edib.

Fransa XİN İranı söz azadlığının tam şəkildə həyata keçirilməsini təmin etmək üçün beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmağa çağırıb.

Qeyd edək ki, mayın 29-da 100 rejissor və kinematoqrafçının “silahını yerə qoy” başlıqlı bəyanatından sonra İranın təhlükəsizlik məmurları sənədi imzalayanları təhdid etməyə başlayıblar.

Sözügedən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.

İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi isə iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar