SON XƏBƏRLƏR

Fransa İranın milli qolf komandasına viza vermədi

2022.09.01, 04:49
Fransa İranın milli qolf komandasına viza vermədi

Gunaz.tv

Qolf üzrə milli komandanın üç oyunçusu bu gün Parisdə başlayacaq dünya çempionatında iştirak etmək üçün Fransaya getməli idi.

Ancaq Xarici İşlər Nazirliyinin arayışına əlavə olunmuş sənədləri göndərməsinə baxmayaraq, onlara viza verilməyib.

Bu son bir neçə ayda təkrar olan neçənci belə hadisədir və Qərb ölkələri İranın karate, taekvando, basketbol, atletika və digər komandalarına viza verməkdən imtina ediblər.

Qeyd edək ki, Yaxın Şərqdə öldürülən amerikalı əsgərlərin qohumları və İranın müxalifləri İslam cümhuriyyətini təmsil edən komandalarda çox sayda SEPAH üzvləri və tərəfdarlarının olduğuna bildirib və Qərb dövlətlərindən İran idmançılarına  viza verilməməsini istəyiblər.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar