SON XƏBƏRLƏR

Fransa: “İran peyk daşıyıcı raket buraxmaqla BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub”

2022.01.01, 10:10
Fransa: “İran peyk daşıyıcı raket buraxmaqla BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub”

Gunaz.tv

Bəyanatda deyilir ki, İranın peyk daşıyıcı raket buraxması BMT Təhlüksizlik Şurasının 2231 saylı qətnaməsini pozub.

“Vyanada nüvə razılaşmasını canlandırmaq üçün Tehranla danışıqlar aparıldığı bir vaxtda İranın koskosa peyk daşıyıcı raket buraxması çox təəssüfləndirici bir haldır.

İranın ballistik raketlər proqramı dünya birliyinin, o cümlədən də Fransanın, eləcə də İran qonşularının ciddi nigaranlığına səbəb olan əsas amillərdən biridir.

Hesab edirik ki, İran nüvə başlıqları daşımağa qadir olan digər ballistik raketləri buraxmaqdan çəkinməli, BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qətnamələrinə əməl etməlidir”, -deyə Fransa Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatında bildirilir. 

Xatırladaq ki, İran Müdafiə Nazirliyinin kosmik sektorunun sözçüsü Əhməd Hüseyni dekabrın 30-da mediaya açıqlamasında “Simurq” peyk daşıyıcı raketin kosmosa buraxıldığından xəbər verib. 

O, əvvəlcə bununla bağlı keçirilmiş sınağın "uğurlu" adlandığını iddia etsə də, sonradan dekabrın 31-də dövlət televiziyasına açıqlamasında peyk daşıyıcı raketin orbitə çatmadığını və bununla bağlı əməliyyatın məğlubiyyətə uğradığını etiraf edib.

“Simurq” peyk daşıyıcı raketin tədqiqat avadankıqlarını yer orbitində yerləşdirmək üçün sürəti saniyədə 7600 metrə çatmalı idi, lakin biz saniyədə yalnız 7350 metrə çata bildik və bununla da əməliyyat uğursuz alınaraq gerçəkləşdirilmədi”, -deyə İran Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyni bildirib.

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar