SON XƏBƏRLƏR

"Fransa Ermənistanın işğalçılıq siyasətini dəstəkləməklə yanlışlığa yol verir"-QHT-lər bəyanat qəbul edib

2022.11.23, 15:07
"Fransa Ermənistanın işğalçılıq siyasətini dəstəkləməklə yanlışlığa yol verir"-QHT-lər bəyanat qəbul edib

Gunaz.tv

Toplantıda qeyd edilib ki, Fransa Respublikasının Senatı, Milli Assambleyası, eləcə də,  bu ölkənin bir sıra siyasi dairələri ayrı-ayrı zamanlarda açıq irqçi, islamofob, türkofob və azərbaycanofob fəaliyyətləri ilə gündəmə gəliblər. 

Paralel olaraq, Fransada fəaliyyət göstərən radikal erməni icmalarının Azərbaycanın Parisdəki Səfirliyinə, həmçinin, bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrinə qarşı hücumlar təşkil etməsinə laqeyid yanaşıblar. Fransanın əlaqədar qurumları özündə vandalizm, terror elementlərini ehtiva edən bu cinayətkar hücumların qarşısını almaq üçün lazımi tədbirlər görməməklə, erməni icmasının  təhdidçi hərəkətlərini stimullaşdırıblar.  

Toplantı iştirakçıları vurğulayıblar ki, Fransanın tarixi buna bənzər anlaşmaz, qeyri-bəşəri hərəkətlərlə zəngindir. Faktlar göstərir ki, Fransanın siyasi çevrələri heç də həmişə demokratik dəyərlərə, bəşəri ideyalara, insan haqlarına sadiq olmayıblar. 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanın Fransa siyasi dairələri və ordusu tərəfindən qətlə yetirilməsi acı həqiqətlərdən biridir. 

Özünü Avropada “demokratiyanın beşiyi” adlandıran Fransa tarixdə yol verdiyi yanlışları aradan qaldırmaq əvəzinə, öz anti-bəşəri hərəkətlərini bu gün də davam etdirir. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında həyata keçirdiyi  işğalçılıq siyasətini dəstəkləməklə, növbəti dəfə yanlışlığa yol verir. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi faciələrlə Fransanın Əlcəzairdə törətdiyi soyqırım aktları  bənzərdirlər.   

Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamə qeyri-obyektiv, qərəzli olmaqla yanaşı, Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərə, xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilənin prinsiplərinə ziddir. Bu müqavilənin şərtlərinin  kobud şəkildə pozulmasıdır. 

Bu günlərdə Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planının ifşa edilməsi onu göstərir ki, Fransa hakimiyyətinin islamofob, türkofob və azərbaycanofob prinsiplərə əsaslanan xüsusi proqramı mövcuddur və bu proqramı hər vəchlə gerçəkləşdirməyə çalışır. 

Toplantının sonunda QHT təmsilçiləri adından bəyanat qəbul edilib. 

Bəyanatda qeyd edilir ki, “Fransa parlamentini və hökumətini ölkədə artmaqda olan irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq. 

Bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar