SON XƏBƏRLƏR

“Fransa sülh danışıqlarından kənarlaşdırılmalıdır"-QHT sədri

2022.11.16, 07:45
“Fransa sülh danışıqlarından kənarlaşdırılmalıdır"-QHT sədri

Gunaz.tv

“Fransa artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun vasitəçi üzvlərindən biri idi. Lakin 30 ildə münaqişənin həlli istiqamətində heç bir addım atmadı. Əksinə daim ermənipərəst mövqe tutmaqla ədalətli olmadığını göstərdi. 

Fransa Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması barədə bircə dəfə səsini çıxarmadı. 

2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Həmin ilin noyabrın 9-da tərəflər arasında üçtərəfli bəyannamə imzalanıb. Ermənistan kapitulyasiyanı qəbul edib. 

WkrA52y.jpg

Bu günə qədər rəsmi İrəvan sülh müqaviləsini imzalamalı və üçtərəfli bəyannamədə götürdüyü öhdəlikləri yerinə yetirməli idi. Lakin müşahidələr göstərir ki, Ermənistanı sülhdən yayındıran qüvvələr var. O qüvvələrin başında Fransa gəlir”. 

QHT sədri bildirib ki, Fransa Senatı tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə sülh prosesinə mane olur.

“Qətnamədə “Dağlıq Qarabağ” ifadəsi yer alır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Rəsmi Paris bu cür “stəkan fırtına ilə” nəyə ümid edir? Prezident İlham Əliyevin dediyi kimi əgər ermənilərə ikinci dövlət yaratmaq istəyirlərsə bunu Fransa ərazisində etsinlər”-deyə, Elman Cəfərli bildirib. 

QHT rəhbəri bildirib ki, bu cür qərəzli, qeyri-obyektiv qətnamədən sonra Fransa ilə münasibətlərə yenidən baxılmalıdır:

“Qatı ermənipərəst mövqe sərgiləməkdə davam edən Fransa qəti şəkildə sülh prosesindən kənarlaşdırılmalıdır. Bir zamanlar müstəmləkə ölkələrdə qanlı qırğınlara əl atan, insanları kütləvi şəkildə qətl edən Fransa hər hansı münaqişədə ədalət mövqe sərgiləyə bilməz. 

Fransanın hər hansı şəkildə Azərbaycan-Ermənistan danışıqlarında iştirakına son qoyulmalıdır. 

Azərbaycanın Milli Məclisi Fransanın Əlcəzairdə törətdiyi soyqırımla bağlı dinləmələr keçirməli, bu qətliama hüquqi qiymət verməlidir. Milli Məslicdən Fransa Senatının mövqeyini pisləyən  qətnamənin qətbul edilməsini gözləyirik”.

Ayxan


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar